Batumidə turist özünü 45-ci mərtəbədən atıb
6 yanvar tarixində Batumi şəhərində yerləşən mehmanxanaların birində kişi özünü 45-ci mərtəbədən atıb. Nəticədə o, aldığı xəsarətlərdən yerindəcə keçinib.

Hadisə şahidlərinin sözlərinə görə, özünü hündürmərtəbəli binadan atan kişi turist olub. Onun hansı səbəbdən özünü atdığı bilinmir.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb olunub.

"Marneuli" Radiosu
Print