Rustavi-Tbilisi yolunda yol-nəqliyyat hadisəsi baş verib
Rustavi-Tbilisi yolunda yol-nəqliyyat hadisəsi baş verib.

“İnfo Rustavi”nin məlumatına görə, “Toyota” və “Hyundai” markalı avtomobillər toqquşub.

Qəzaya səbəb çox güman ki, pis hava şəraiti olub. Hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar magistral yolda tıxac yaranıb.

Hadisə yerinə polis cəlb olunub.
Print Email
FaceBook Twitter Google