Siğnaği bələdiyyəsində baş verən avtomobil qəzasında meriyanın əməkdaşı ölüb
Siğnaği bələdiyyəsində meriyanın əməkdaşı avtomobil qəzasında həlak olub. Qəza axşam saatlarında Nukriani-Çalaubanini birləşdirən mərkəzi yolda baş verib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, “Toyota Rav 4” markalı avtomobilin sürücüsü sükanı idarə edə bilməyib və dərəyə düşüb.

Maşında Siğnaği meriyasının əməkdaşları olub. Üç qadından biri yerindəcə keçinib, ikisi isə ağır yaralanıb. Sərnişinlərdən birinin səhhətinin vəziyyəti nisbətən ağırdır və təcili yardım briqadası əvvəlcə onları Tsnoridəki “Arximed” klinikasına, sonra isə fəlakət briqadası Tbilisidəki klinikalardan birinə aparıb.

İkinci yaralı Tsnori xəstəxanasında müalicə olunur.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google