Marneulidə təcili tibbi yardım avtomobili orta yaşlı kişini vurub
Bu gün, 14 yanvar tarixində saat 19:00 radələrində, Marneulidə təcili tibbi yardım avtomobili orta yaşlı kişini vurub. Xəsarət alan kişi hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə şahidlərinin sözlərinə görə, qəza Candar masivi ərazisindən keçən yolda baş verib. Təxminən 50 yaşlarında olan kişi yolu keçirmiş.

Məlumata görə, təcili tibbi yardım avtomobili paytaxt Tbilisiyə xəstə aparırmış.

Qəzanın baş verdiyi əraziyə ekspert kriminalistlər və polis cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Print Email
FaceBook Twitter Google