Rikoti tunelində 3 avtomobil bir-biri ilə toqquşub
Rikoti tunelində yol qəzası baş verib.

Əldə olan məlumata görə, üç avtomobil bir-biri ilə toqquşub. Yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib..

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Hadisə yerinə bir neçə təcili tibbi yardım briqadası və patrul polisi cəlb olunub.

Print