Telavi-Kvarelini birləşdirən yolda baş verən yol-nəqliyyat hadisəsi
qurbanla başa çatıb.
“İnfo Rustavi” xəbər agentliyinin verdiyi məlumata görə, minik
avtomobilinin sürücüsü sükanı idarə edə bilməyib yolun hərəkət
hissəsindən çıxıb və ağaca çırpılıb, nəticədə 26 yaşlı oğlan ağır
xəsarət alıb.
Təcili yardım briqadası yaralını tibb müəssisəsinə aparıb, lakin
yaralı şəxsin aldığı xəsarətlər ağır olub və ölüb.
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.