Keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri
nəticəsində
Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları
Sameqrelo vilayətində saxta rəsmi sənəd hazırlamaq və imzalamaq
faktı üzrə iki nəfəri saxlayıblar. Məlumatı Maliyyə Nazirliyinin
İstintaq Xidməti yayıb.
“İstintaqla müəyyən edilib ki, turizm xidməti ofisinin
sahibi olan təqsirləndirilən şəxslərdən biri cinayət əməlində şərik
vasitəsilə maraqlı şəxslərə müvafiq məbləğin ödənilməsi müqabilində
saxta xarici şəxsiyyət vəsiqələri hazırlayıb.
Təqsirləndirilən şəxslərə vətəndaşlardan birinin 800 avro
müqabilində xarici ölkə vətəndaşının saxta şəxsiyyət vəsiqəsinin
elektron versiyasını verməsi faktı ifşa edilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onlarla xarici
ölkə vətəndaşının saxta pasportlarının, habelə Gürcüstanın
sürücülük vəsiqələrinin elektron versiyaları aşkar edilib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 3 ildən 6 ilədək azadlıqdan
məhrum etməni nəzərdə tutan 362-ci maddəsinin ikinci hissəsi ilə
aparılır.
Digər təqsirkar şəxslərin də müəyyən edilərək ifşa olunması
istiqamətində müvafiq tədbirlər həyata keçirilir”, -
deyə İstintaq Xidmətinin məlumatında bildirilir.