Rustavidə avtomobil piyada gəzən ana və qızı vurub
Rustavi şəhərinin Todria küçəsində yol qəzası baş verib.

“İnfo Rustavi” informasiya agentliyinin məlumatına görə, 6 yaşlı uşaq və onun 30 yaşlı anası piyada gedərkən onları maşın vurub.

Təcili yardım briqadası yaralıları “Rustavi” klinikasına çatdırıb.

“İnfo Rusta”nın verdiyi məlumata görə, tibb müəssisəsində gənc qadın yüngül xəsarət alıb və klinikadan evə buraxılıb, 6 yaşlı uşağın sol bilək nahiyəsinin sınığı və beyin silkələnməsi var, bu səbəbdən o, xəstəxanada qalıb. Onun vəziyyəti stabildir.

Hadisə yerinə patrul polisinin ekipajı səfərbər edilib.

Print Email
FaceBook Twitter Google