Kaxeti bölgəsində dağlıq ərazidə meşə massivində yanğın baş verib
Kaxeti bölgəsində dağlıq ərazidə meşə massivində yanğın baş verib.

Yanğın ocağı Telavi rayonunun Artana kəndindən 4 saatlıq məsafədə ucqar zonada qeydə alınıb. Hazırda meşədə ot və kol-kos yanır.

Telavi meri Simon Maysuradzenin sözlərinə görə, yanğının başladığı əraziyə hazırda hər hansı texnika ilə getmək mümkün deyil, yalnız piyada qalxmaq mümkün ola bilər.

“Xilasedicilərə dedik. 20 könüllü toplaşıb və yanğınsöndürənlərə qoşulub. Biz səhər saat 7-də çıxacağıq”, - deyə o bildirib.

Yanğının səbəbi açıqlanmır.

Print Email
FaceBook Twitter Google