Tehranın polis rəisi Azərbaycan səfirliyinə silahlı hücum barədə
açıqlama verib.
APA-nın Tehran müxbiri yerli “Mehr” agentliyinə istinadən xəbər
verir ki, Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi Azərbaycan
səfirliyinə silahlı hücum edən şəxsin həbs olunduğunu deyib.
"Bu gün səhər saatlarında Azərbaycan səfirliyinə daxil
olan şəxs odlu silahdan atəş açıb, nəticədə bir nəfər ölüb, iki
nəfər yaralanıb.
Polisin çevik hərəkəti ilə hücum edən şəxs dərhal həbs edilib və
istintaq davam edir.
Hücum edən şəxs səfirliyə iki azyaşlı övladı ilə gedib. Təcavüzkar
ilkin istintaqda motivin şəxsi və ailə problemləri olduğunu
bildirib”, - deyə polis rəisi vurğulayıb.