Batumidə Lermontov və Çaykovski küçələrinin kəsişməsində yanğın
olub.
Əldə olan məlumata görə, anbarda yanğın gecə saatlarında baş verib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda yanğın söndürülüb.
Hadisə yerində yanğın-xilasetmə xidmətinin 10-a yaxın briqadası
işləyir. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb
edilib.
Yanğının səbəbi hələlik məlum deyil.