Batumidə yanğın olub
Batumidə Lermontov və Çaykovski küçələrinin kəsişməsində yanğın olub.

Əldə olan məlumata görə, anbarda yanğın gecə saatlarında baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda yanğın söndürülüb.

Hadisə yerində yanğın-xilasetmə xidmətinin 10-a yaxın briqadası işləyir. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.

Yanğının səbəbi hələlik məlum deyil.

Mənbə: ajaratv.ge
Print