Azərbaycanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə
bəyanatında bildirilir ki, şənbə günü Bakının Xətai rayonundakı
Bravo hipermarketində silahlı basqın zamanı gözətçi Rüfət Həşimov
öldürülüb. Eyni zamanda “Unibank”ın əməkdaşı Samir Şeydayev ağır
yaralanıb.
Hücum bank işçisinin hipermarketdə yerləşən bankomata külli
miqdarda pul qoyduğu vaxt baş verib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət
Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə
cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən adam
öldürmə) maddələri ilə cinayət işi başlanıb. quldurluq məqsədi),
181.3.2 (külli miqdarda əmlakı ələ keçirmə məqsədi ilə quldurluq)
və 228.2.1 (qanunsuz olaraq odlu silah əldə etmə).
Məlumatda bildirilir ki, silahlı cinayətkarların axtarışı davam
edir.
Xatırladaq ki, saat 12:30-da avtomat və tapança ilə silahlanmış iki
gənc mühafizə xidmətinin əməkdaşı Həşimovu güllələyib, Şeydayevi
isə yaralayıb. Pulu olan çantanı götürən cinayətkarlar
qaçıblar.
Onların fotosu təhlükəsizlik kameralarına düşüb. Hər iki basqınçı
qara tibbi maska taxıb.
Mənbə: turan.az