İmeretidə 7-ci sinif şagirdi uşaq dünyaya gətirib və onu tualetə atıb
İmeretinin yüksək dağlıq kəndlərindən birində 7-ci sinif şagirdi uşaq dünyaya gətirib və onu tualetə atıb.

Yeni doğulan körpəni xilas etmək mümkün olmayıb.

Əldə olan məlumata görə, qızı 11 yaşından əmisi oğlu və qonşusu eyni vaxtda zorlayırlarmış.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı Gürcüstan Mülki Məcəlləsinin 16 yaşına çatmayan şəxsin bədəninə cinsi xarakterli nüfuz etməni nəzərdə tutan 140-cı maddəsi ilə araşdırmaya başlayıb. Həmçinin, yeni doğulmuş körpənin ana tərəfindən qəsdən öldürülməsinə dair 112-ci maddə ilə də istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Print Email
FaceBook Twitter Google