Qurcaanidə gənc qadın avtomobil qəzası nəticəsində ölüb, əri və 7 yaşlı övladı xəstəxanaya aparılıb
Qurcaanidə bədbəxt hadisə nəticəsində gənc qadın həlak olub, onun əri və 7 yaşlı oğlu xəstəxanaya aparılıb.

Hadisə bir neçə saat əvvəl Bakurtsixe-Tbilisini birləşdirən avtomobil yolunda baş verib. İçərisində ər-arvad və uşaq da daxil olmaqla bir ailənin üzvlərinin olduğu minik avtomobili əks istiqamətdə hərəkət edən qoşqu ilə toqquşub.

Avtomobildə olan gənc qadın yerindəcə keçinib. 7 yaşlı uşaq və həyat yoldaşı xəsarətlərlə Qurcaani xəstəxanasına aparılıb.

Həkimlərin sözlərinə görə, yeniyetmənin səhhəti ağırdır və onun Tbilisiyə köçürülməsinə ehtiyac var.

Hadisə yerinə polis və təcili yardım briqadası səfərbər edilib.

Print Email
FaceBook Twitter Google