İstintaq xidməti saxta pul satma faktı ilə bağlı bir nəfəri saxlayıb
Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində saxta pul satma faktı üzrə bir nəfəri saxlayıblar.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs qanunsuz maddi səmərə əldə etmək məqsədilə, Tbilisidə müxtəlif ticarət obyektlərində sistematik olaraq saxta 20 larilik əskinaslar verib.

İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs 50-yə yaxın iş üzrə 3700 lari məbləğində 185 ədəd 20 larilik saxta əskinas istifadə edib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 212-ci maddəsinin birinci hissəsi ilə aparılır.

Qeyd olunan cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində müvafiq tədbirlər görülür.

Print