Qardabanidə yaşlı kişi yol qəzasında dünyasını dəyişib
Qardabani bələdiyyəsində yaşlı kişi yol qəzasında dünyasını dəyişib.

“İnfo Rustavi”nin məlumatına görə, iki avtomobil bir-biri ilə toqquşub. Yaşlı kişi yerindəcə dünyasını dəyişib.

Həmin qəzada 41 yaşlı kişi və azyaşlı uşaq xəsarət alıb.

Məlumata görə, uşağın səhhəti nisbətən ağırdır, o, İaşvili adına klinikaya yerləşdirilib.

Kişiyə gəlincə isə həmin şəxs Tbilisidəki “Geo Hospitals”da müalicəsini davam etdirir.

Klinikadan verilən məlumata görə, xəstədə yüngül beyin silkələnməsi və bel fəqərələrinin sınığı var və bu, cərrahi müdaxilə tələb edir.

Hadisə yerinə təcili tibbi yardım briqadası və patrul polisi səfərbər edilib.

Print