Rustavidə 6 avtomobil qarət edilib
Rustavidə 6 avtomobil qarət edilib.

“İnfo Rustavi”nin məlumatına görə, şəhərin müxtəlif ünvanlarında eyni vaxtda 6 avtomobil qarət edilib.

Məlumata görə, yaşı 20-dən az olan gənc avtomobilin qabaq şüşəsini sındıraraq salona daxil olub və müxtəlif əşyalar oğurlayıb.

Oğurluq hadisələrindən biri zamanı polis gənci saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

Print