Tiflisin Varketili rayonunda bir nəfər öldürülüb. Hadisə gecə
saatlarında baş verib.
Əldə olan məlumata görə, kişi soyuq silahla yaralanıb.
Daxili İşlər Nazirliyindən “İnterpress News”a verilən məlumata
görə, qətli törətməkdə təqsirləndirilən şəxs həbs edilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə
araşdırma aparılır. Həmin maddə qəsdən adam öldürməni nəzərdə
tutur.