Varketilidə bir nəfər öldürülüb - qətldə təqsirləndirilən şəxs saxlanılıb
Tiflisin Varketili rayonunda bir nəfər öldürülüb. Hadisə gecə saatlarında baş verib. Əldə olan məlumata görə, kişi soyuq silahla yaralanıb.

Daxili İşlər Nazirliyindən “İnterpress News”a verilən məlumata görə, qətli törətməkdə təqsirləndirilən şəxs həbs edilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə araşdırma aparılır. Həmin maddə qəsdən adam öldürməni nəzərdə tutur.

Print