Rustavidə kişi 100 min dollar oğurlayıb
Rustavidə bir nəfər 100 min dollar oğurlayıb, bundan sonra piyadanı vuraraq kanala düşüb.

“İnfo Rustavi”nin verdiyi məlumata görə, Davit Qareci küçəsində bir nəfər sərnişini aldadaraq “BMW” markalı avtomobilə mindirərək pulunu, 100 min dollarını oğurlayıb. Hadisə yerindən qaçdıqdan az sonra sürücü yolda piyadanı vurub, bundan sonra sükanı idarə edə bilməyərək yolun hərəkət hissəsindən çıxıb və kanala düşüb.

Az sonra hadisə yerinə təcili tibbi yardım və kriminal polis qrupları gəlib.

Qəza yerinə zərərçəkən şəxs də gəlib. Əldə olan məlumata görə, o, qeyd olunan məbləğlə avtomobil almağa hazırlaşırmış.

Təqsirləndirilən şəxs, yaşı 25-dən az olan gənc polis tərəfindən hadisə yerində yaxalanıb.

Print Email
FaceBook Twitter Google