Qızılhacılı kəndində mağaza qarət olunub (FOTO/VİDEO)
Marneuli rayonunun Qızılhacılı kəndində mağaza qarət olunub. Hadisə bu gün, 12 aprel tarixində səhər saatlarında baş verib. Mağazadan külli miqdarda siqaret və pul oğurlanıb.

Mağazanın sahibi Alim İmanovun “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdiyinə görə, onlara təxminən 2-3 min lari ziyan dəyib. Onun sözlərinə görə, mağazada yerləşdirilən nəzir qutusunu da oğurlayıblar.

“Hadisə təxminən gecə saat 4-5 radələrində baş verib. Mağazadan siqaret və pul oğurlayıblar. Təxminən 2-3 min lariyə yaxın pul oğurlanıb. Çünki içəri girib baxıb hesablamamışıq. Orada xırda pullar çox idi. Ehtiyat xırda pullar da var idi, onlar hələ hesablanmayıb. Əlavə bir də nəzir qutusu oğurlayıblar”, – Alim İmanov dedi.

Mağaza sahibinin sözlərinə görə, oğrular şüşəni sındıraraq içəri daxil olublar.

“Şübhələndiyim heç kim yoxdur. Səhər atam mağazaya gəlib görüb ki, şüşəsi qırılıb. Mənim özüm gecə 3-4 arası mağazadan evə getmişəm. Hadisə mən evə gedəndən sonra baş verib. Kimdirsə, bizi izləyirmiş. Hadisədən xəbər tutan kimi polisə xəbər verdik və araşdırırlar. Hələ ki, nəticə bəlli deyil. İşlər gedir. Görək necə olur. Əvvəllər də oğurluq hadisəsi baş verib. Bu artıq üçüncü dəfədir”, – Alim İmanov dedi

Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna bildirdilər ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə oğurluğu nəzərdə tutur.



Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google