Gürcüstan Prokurorluğu bir nəfəri Tbilisidə ictimai nəqliyyatda
adam öldürməyə cəhddə ittiham edib.
Məlumatı prokurorluq yayıb.
Məlumata görə, prokurorluq artıq təqsirləndirilən şəxs barəsində
həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə məhkəməyə
müraciət edib.
“Daxili İşlər Nazirliyinin apardığı istintaqla müəyyən
edilib ki, aprelin 22-də Tbilisidə Tsereteli prospekti ilə hərəkət
edən ictimai nəqliyyatda təqsirləndirilən şəxs bıçaqla zərərçəkənin
bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirib. Vaxtında
göstərilən tibbi yardım nəticəsində zərərçəkmişin həyatını xilas
etmək mümkün olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən şəxsi elə
həmin gün yaxalayıb. O, Gürcüstan Cinayət Məcəlləsinin 10 ildən 15
ilədək azadlıqdan məhrum etməni nəzərdə tutan 19,108-ci (qəsdən
adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub”, -
məlumatda deyilir.