Prokurorluq saxlanılan şəxsi Tsereteli prospektində ictimai nəqliyyatda adam öldürməyə cəhddə ittiham edib
Gürcüstan Prokurorluğu bir nəfəri Tbilisidə ictimai nəqliyyatda adam öldürməyə cəhddə ittiham edib. Məlumatı prokurorluq yayıb.

Məlumata görə, prokurorluq artıq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət edib.

“Daxili İşlər Nazirliyinin apardığı istintaqla müəyyən edilib ki, aprelin 22-də Tbilisidə Tsereteli prospekti ilə hərəkət edən ictimai nəqliyyatda təqsirləndirilən şəxs bıçaqla zərərçəkənin bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirib. Vaxtında göstərilən tibbi yardım nəticəsində zərərçəkmişin həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən şəxsi elə həmin gün yaxalayıb. O, Gürcüstan Cinayət Məcəlləsinin 10 ildən 15 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutan 19,108-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub”,
- məlumatda deyilir.

Print