Marneulidə, aerodrom yaxınlığında minik və yük maşınları toqquşub
Bu gün, 24 aprel tarixində saat 16:30 radələrində Marneulidə, aerodrom yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı Ermənistan dövlət nömrə nişanlı "Honda" markalı avtomobillə Gürcüstan dövlət nömrə nişanlı yük maşını toqquşub.

Hadisə şahidlərin verdiyi məlumata görə, qəzaya minik avtomobilinin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.

24News.ge-nin yazdığına görə, qəza zamanı "Honda" markalı avtomobilin sürücüsü xəsarət alıb. Ona təcili tibbi yardım briqadası tərəfindən ilkin tibbi yardım göstərilib.

Hadisə yerinə polis cəlb olunub. Araşdırma aparılır.

Print Email
FaceBook Twitter Google