“Sarpi” gömrük-keçid məntəqəsində külli miqdarda narkotik vasitələrinin keçirilməsinin qarşısı alınıb
Türkiyə vətəndaşı bədənində xüsusi gizli yerlər təşkil etməklə, tərkibində narkotik maddələr olan vasitələri qanunsuz yolla Gürcüstana gətirməyə cəhd edib. Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin yaydığı məlumata görə, gömrükçülər qeyd olunan faktın qarşısını alıblar.

“Birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrükçüləri Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin əməkdaşlarının da cəlb edilməsi ilə ölkə ərazisinə “Sarpi” gömrük-keçid məntəqəsi vasitəsilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan vasitələrin Gürcüstan ərazisinə keçirilməsi faktının qarşısını alıblar.

Daha dəqiq desək, Sarpi gömrük keçid məntəqəsinin nəzarət zonasında Türkiyə vətəndaşı S.İ.-nin üzərində keçirilmiş fiziki müayinə nəticəsində onun üzərindəki xüsusi gizlədilmiş yerlərdən bir neçə bükümdə qablaşdırılmış 1796 ədəd “Suboxone” (“SUBOXONE”) adlı narkotik vasitə aşkar edilib.

İşin materialları əlavə münasibət bildirilməsi üçün Gürcüstan Daxili İşlər Nazirliyinin müvafiq bölmələrinə təhvil verilib”,
- dərc olunan məlumatda qeyd olunub.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google