Turist qadını zorlamağa cəhd edən şəxs həbs edilib — Daxili İşlər Nazirliyi
Tbilisidə turist qadını zorlamağa cəhd edən şəxs həbs edilib. Bu barədə məlumatı “Netqazeti”yə Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.

Məlumata görə, hadisə iki gün əvvəl, oktyabrın 24-də baş verib.

“Feifer Georgian” nəşrinin yazdığına görə, günorta saat bir radələrində Tbilisidə, Mtatsmindada naməlum kişi qadına hücum edərək ona fiziki təzyiq göstərib. Bu zaman qadın onu dəf edə bilib və polisə müraciət edib.

Məlum olub ki, həmin kişi daha əvvəl də başqa bir qadına hücum edib.

“Feifer Georgian”ın məlumatına görə, hadisəni törədən kişi zərər çəkən qadınlar tərəfindən tanınıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 178-ci və 19-137-ci maddələri ilə istintaq başlayıb. Həmin maddələr zorlama və quldurluğa cəhdi nəzərdə tutur.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google