Həyat yoldaşını və əlil şəxsi sədəqə yığmağa məcbur edən şəxs saxlanılıb - DİN
Daxili İşlər Nazirliyi bir nəfəri insan alveri ittihamı ilə saxlayıb. Agentliyin məlumatına görə, o, həyat yoldaşını və əlil şəxsi sədəqə toplamağa məcbur edib.

“İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs insan alveri sxemi hazırlayıb və qeyd olunan sxemi tamamlamaq və əmək istismarını həyata keçirmək məqsədilə həyat yoldaşını Batumi şəhərində psixoloji təzyiq və fiziki cəza hədəsi ilə sədəqə toplamağa məcbur edib.

Həmçinin, istintaq müəyyən edib ki, saxlanılan şəxs əlavə gəlir əldə etmək məqsədi ilə əlil şəxsi aldadaraq Tbilisidən Kutaisiyə aparıb, onu müxtəlif küçə və magistral yollarda sədəqə toplamağa məcbur edib. O, cinayət yolu ilə əldə etdiyi pullara tam sahib olub.

Zərərçəkənlər müttəhimin tələblərini yerinə yetirməkdən imtina etdikdə, fiziki təzyiqə məruz qalıblar”,
- deyə məlumatda bildirilir.

Cinayət 12 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google