Dedoplistskaroda heykəlin yıxılması nəticəsində 3 yaşlı uşaq dünyasını dəyişib
Dedoplistskaro bələdiyyəsinin Arxiloskalo kəndində “Pələng və cəngavər” heykəlinin bir hissəsi uçub və 3 yaşlı uşaq xəsarət alıb. Uşaq xəstəxanaya çatdırılana kimi dünyasını dəyişib.

Hadisə ilə bağlı müxtəlif KİV-lərlə yanaşı yerli “Kiziki TV” telekanalı da məlumat yayıb.

Faktla bağlı Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google