Xelvaçauridə baş verən yol qəzası nəticəsində ikisi uşaq olmaqla 3 nəfər ölüb
Xelvaçaurinin Maxo kəndində baş verən yol qəzası nəticəsində 3 nəfər ölüb. Onlar eyni ailənin üzvləridir.

Yerli sakinlərin sözlərinə görə, içərisində 9 nəfərin olduğu avtomobil dərəyə düşüb.

Məlumata görə, iki azyaşlı uşaq yerindəcə, orta yaşlı kişi isə xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Print Email
FaceBook Twitter Google