Əzizkənddə bıçaqlanma hadisəsi baş verib
Marneulinin Əzizkənd kəndində bıçaqlanma hadisəsi olub. Hadisə ötən gün, 13 noyabr tarixində baş verib. Məlumata görə, bıçaqlanmaya səbəb qarşılıqlı mübahisə olub.

Belə ki 35 yaşlarında Əzizkənd sakini 30 yaşlarında olan həmkəndlisinə dörd dəfə bıçaqla xəsarət yetirib. Yaralı şəxs xəstəxanaya yerləşdirilib. Verilən məlumata görə, yaralı şəxsin vəziyyəti ağırdır.

Təcili yardım qrupu yaralını Marneuli “Aversi” klinikasına aparıb. Klinikadan “Marneuli” radiosuna bildirdilər ki, xəsarət alan artıq əməliyyat olunub və reanimasiyadadır. Onun vəziyyəti indiki mərhələdə yenə də ağırdır. O, qarın və sinə nahiyəsindən xəsarətlər alıb.

Hadisənin tam təfərrüatları məlum deyil. Lakin cinayətin qisas zəmnində baş verdiyi ehtimal edilir. Cinayət hadisəsinə görə iki nəfərin həbs edildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Print Email
FaceBook Twitter Google