İtaliyada 28 yaşlı Gürcüstan vətəndaşı həbs edilib
İtaliyada 28 yaşlı Gürcüstan vətəndaşı həbs edilib. Məlumatı İtaliya mətbuatı yayıb.

Onların verdiyi məlumata görə, 28 yaşlı oğlan evdə 90 yaşlı olan qadının olmasından istifadə edib və soyğunçuluq məqsədilə içəri girib.

Qadının evinə tanımadığı şəxsin girdiyini görən qonşuları hüquq-mühafizə orqanlarına xəbər veriblər.

Hadisə yerinə gələn İtaliya polisi 28 yaşlı gənci həbs edib.

Print Email
FaceBook Twitter Google