Gürcüstandan Belarusa 21,5 ton kartof qaytarılıb – Gəlirlər Xidməti
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən verilən məlumata görə, Belarus Respublikasından gələn kartofla yüklənmiş nəqliyyat vasitəsi gömrük-keçid məntəqəsində - “Laqodexi”də saxlanılıb.

“Sərhəd-karantin nəzarəti prosedurlarının həyata keçirilməsi zamanı nümunələrin laborator analizi zamanı 21,5 ton kartofda karantin zərərli orqanizmlərin olması təsdiqlənib”, - Gəlirlər Xidmətindən bildirilib.

Gürcüstan hökumətinin 13 aprel 2023-cü il tarixli 153 nömrəli qərarına əsasən, qeyd olunan mallar ixracatçı ölkəyə qaytarılıb.

Print Email
FaceBook Twitter Google