53 yaşlı kişi azyaşlıları təqib etmək və seksual xarakterli cinayətlər törətməkdə ittiham edilərək saxlanılıb
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 1970-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş B.İ. yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi xarakterli digər hərəkətlərdə ittiham olunaraq saxlanılıb.

Cinayət 11 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Daxili İşlər Nazirliyinin məlumatına görə, araşdırma zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs əvvəlcədən həmin şəxsin azyaşlı olduğunu bildiyi halda, azyaşlı qızı küçədə təqib edərək ona qarşı seksual xarakterli hərəkətlər edib.

İş üzrə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təqsirləndirilən şəxs “isti izlər”lə yaxalanıb.

Şəxsin azyaşlı olması haqda əvvəldən məlumatlı olması halında ona qarşı cinsi hərəkətlər törətmək faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 138-ci maddəsinin 3-cü hissəsinin “A” yarımbəndi ilə araşdırılır.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google