14 yaşlı Aytacı qətlə yetirən şəxsin cəzası azyaşlının zorlanması maddəsi ilə ağırlaşdırılıb
Prokurorluq Saqareco bələdiyyəsinin Ləmbəli kəndində qətlə yetirilmiş 14 yaşlı Aytacın qatilinin cəzasını azyaşlının zorlanması maddəsi ilə ağırlaşdırılıb. Gürcüstan Prokurorluğunun məlumatına görə, müttəhimin cəzası azyaşlının zorlanması maddəsi ilə ağırlaşdırılıb.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılmış istintaq nəticəsində aydın olub ki, 2023-cü ilin yayında, müttəhim 14 yaşlı azyaşlını məcburi evlilik məqsədi ilə qanunsuz azadlıqdan məhrum edib və Saqaraeco Rayonunun Ləmbəli
kəndinə aparıb. Zərərçəkmişin azad hərəkət etmək hüququ məhdudlaşdırılıb. Buna baxmayaraq, azyaşlı qaça bilib. Ancaq onun ailə üzvləri Aytacı geri qaytarıblar.

Müttəhim evli olan zaman, zərərçəkmişin çarəsizliyindən istifadə edərək, gender əlaməti ilə dözümsüzlük motivində, onunla qeydiyyatdan keçirilməmiş nikagda olan azyaşlını zorlayırmış”
– Prokurorluğun bəyanatında deyilir.

14 yaşlı Aytacı, özünün dediyinə görə, evlilik məqsədi ilə qaçıran şəxs 6 oktyabr tarixində odlu silahdan bir neçə dəfə atəş açmaqla oldürüb.

Cinayəti törədən şəxs Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “e”, “t,” və “k” bəndləri ilə (qəsdən adamöldürmə, gender əlaməti ilə ailənin azyaşlı üzvünə qarşı törədilmiş cinayət), 143-cü maddənin 3-cü hissəsinin “d” bəndi (azyaşlıya qarşı, cinayətkarın onun azyaşlı olmasından əvvəlcədən xəbərdar olmaqla törətidiyi cinayət), 137-ci maddənin 3-cü hissəsinin “e” bəndi və 4-cü hisəsinin “q” bəndi (zorlama, zərərçəkmişin çarəsizliyindən istifadə etməkl, azyaşlıya qarşı törədilmiş), 236-cı maddənin 4-cü hissəsi (odlu siladan və müharibə materialının qanuna zidd olaraq daşınması) ilə ittiham olunub.

Həmin maddələrə görə, cəza olaraq 16 ildən 20 ilə qədər və ya həmişəlik həbs cəzası nəzərdə tutulur.

Qeyd edək ki, 14 yaşlı qızın qətlə yetirilməsi işində onun anası və dayısı nikaha məcbur etmə, cinayət haqqında məlumat verməməkdə ittiham olunurlar. Ağır cinayət haqqında məlumat verməmək faktı ilə bağlı, qətldə müttəhimin dayısı və dayısı uşağı ittiham olunub.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər