Mənzillərin mütəşəkkil qarəti - Polşada 3 Gürcüstan vətəndaşı ittiham olunub
Polşa Prokurorluğu üç Gürcüstan vətəndaşını mütəşəkkil cinayətdə ittiham edib - 42, 29 və 28 yaşlı kişilər. İstintaq bir sıra mənzillərin oğurluğu və qarətini əhatə edir. Poznan prokurorluğunun məlumatına görə, ümumi itki 1 milyon Polşa zlotısından (təxminən 250 min dollar) çoxdur. Polşa Prokurorluğu yekun ittiham aktını yanvarın 30-da dərc edib.

İş üzrə istintaq təxminən bir il əvvəl başlayıb. 2023-cü il fevralın əvvəlində Poznan polisi prokurorluğun göstərişi ilə Bıdqoş yaxınlığında üç Gürcüstan vətəndaşını saxlamışdı. İstintaqın fikrincə, müttəhimlərin "fəaliyyət sahəsi"nə üç voyevodalıq (Polşanın inzibati vahidləri) daxildir.

“Qrup üzvləri ailə üzvlərinin yoxluğundan istifadə edərək, eyvan qapılarının şüşələrini sındırıb, daha sonra pul, qızıl-zinət əşyaları və kiçik elektron avadanlıqları oğurlayıblar”, - deyə prokurorluq yazır ki, saxlanılanların üzərində oğurluq zamanı bıçaq və gözyaşardıcı qaz olub.

“Saxlanılanların otağına baxış zamanı polis tərəfindən müxtəlif valyutalarda nağd pullar, ətirlər, qızıl-zinət əşyaları, bıçaqlar, bibər qazı və icazə tələb olunan silahlar aşkar edilib”, - prokurorluğun ittiham aktında deyilir.

Sonda təqsirləndirilən şəxslərə 48 iş üzrə ittiham irəli sürülüb. Onların arasında oğurluq, quldurluq, əmlaka ziyan vurma, qanunsuz olaraq odlu silahların alınması və saxlanması var. Bundan başqa, onlardan ikisi saxta sənədlərdən istifadə etməkdə ittiham olunur.

Hər üç şübhəli həbs olunduqdan sonra istintaq təcridxanasındadır.

Cəza 10 ilə qədər həbsdir.

Mənbə: Tabula
Print Email
FaceBook Twitter Google