Qərbi Gürcüstanda ata 17 yaşlı yeniyetməni zorlamaqda ittiham edilərək saxlanılıb
Qərbi Gürcüstanda ata 17 yaşlı yeniyetməni zorlamaqda ittiham edilərək saxlanılıb. Bundan əlavə, mövcud məlumata görə, yeniyetmə bir neçə gün əvvəl vaxtından əvvəl doğuş edib. Rəsmi olaraq təsdiqlənməsə də, uşağın öldüyü də bildirilir.

Daxili İşlər Nazirliyindən “İnterpressnews”a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 11-137-ci maddəsi ilə araşdırma aparılır.

Cinayət 15 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Print Email
FaceBook Twitter Google