Almaniyada oğurluq edən Gürcüstan vətəndaşı həbs edilib
Almaniyada 41 yaşlı Gürcüstan vətəndaşı gigiyena vasitələri oğurlamaqda ittiham edilərək həbs edilib. Polis onu Bremenin mərkəzi stansiyasında saxlayıb.

Hüquq-mühafizə orqanlarının yaydığı açıqlamaya görə, Gürcüstan vətəndaşında 4 dolu çanta olub. Baxış zamanı baqajdan mənşəyi hələlik məlum olmayan şübhəli məhsullar da aşkar edilib.

İş materiallarından aydın
olur ki, həmin şəxs şübhəni aradan qaldırmaq üçün bu çantaların onun olmadığını bildirib.

Polis həmin şəxsi yerindəcə həbs edib, barəsində cinayət işi açılıb. İstintaq davam edir.

Mənbə: mtavari.tv
Print Email
FaceBook Twitter Google