Daxili İşlər Nazirliyinin əməkdaşına azyaşlının iştirakı ilə məişət zorakılığı törətmək maddəsilə ittiham irəli sürülüb

Xüsusi İstintaq Xidmətinin məlumatına görə, müəyyən edilib ki, Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Təyinat İdarəsinin əməkdaşı A.B. 2023 və 2024-cü illərdə azyaşlı övladlarının iştirakı ilə həyat yoldaşına fiziki təzyiq göstərib, onu öldürməklə, əmlakını məhv etməklə hədələyib.


“2023-cü ilin oktyabr və dekabr aylarında təqsirləndirilən şəxs azyaşlı uşaqlarının iştirakı ilə həyat yoldaşı ilə qarşılıqlı mübahisə zamanı ona bir
neçə dəfə fiziki zorakılıq edərək, bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.
2024-cü ilin fevralında təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində əlaqə saxlayarkən arvadını evi yandırmaqla və onun həyatına son qoymaqla hədələyib”,
- Xüsusi İstintaq Xidmətinin yaydığı məlumatda qeyd olunur.

Qurumdan verilən məlumata görə, zərərçəkmiş şəxslə əlaqə saxlanılan kimi, azyaşlının yanında məişət zorakılığı, ailəyə qarşı həyat və əmlakı məhv etməklə hədələmə faktları əsasında təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirib və dərhal sübutların toplanması təmin edilib.

Gürcüstan Prokurorluğunun çıxardığı qərara əsasən, Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə və 11 prima 151-ci maddəsinin 2-ci hissəsinin "d" yarımbəndinə əsasən təqsirləndirilən şəxsə qarşı ittiham irəli sürülüb.

Xüsusi İstintaq Xidmətinin məlumatına görə, işin istintaqı davam etdirilir.

Mənbə: Publika

 

Print Email
FaceBook Twitter Google