Qoridə kişini qatar vurub, o, yerindəcə dünyasını dəyişib
Qoridə kişini qatar vurub, o, yerindəcə dünyasını dəyişib. Hadisə bu yaxınlarda baş verib.

Məlum olduğu kimi, yaşı 40-a qədər olan kişi sərxoş vəziyyətdə relsləri keçdiyi vaxt qatarın yaxınlaşmasını hiss etməyib.

Daxili İşlər Nazirliyindən "Formula"ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü bəndi ((Dəmir yolu, su, hava və ya kanat yolu nəqliyyatının təhlükəsizliyi və ya istismarı qaydalarını pozma, insan ölümünə səbəb olduqda)) ilə araşdırma aparılır.

Mənbə: formulanews.ge

Print Email
FaceBook Twitter Google