Tsalencixa şəhər meriyasının əməkdaşları rüşvət almaqda ittiham edilərək saxlanılıblar
DTX qrup tərəfindən qabaqcadan razılaşma ilə külli miqdarda rüşvət almaq ittihamı ilə Tsalencixa bələdiyyəsinin meriyasının əməkdaşları T. M. və B. D.-nı saxlayıb.

DTX-nın məlumatına görə, istintaq müəyyən edib ki, müttəhimlər Tsalencixa bələdiyyəsinin Daba Cvari ərazisində yerləşən 1550 kv/m torpaq sahəsini hərraca çıxarmaq müqabilində vətəndaşdan 20 000 lari rüşvət istəyiblər.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 338-ci maddəsinin ikinci hissəsinin 7 ildən 11 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan “b” və “c” bəndləri ilə araşdırma aparılır.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google