Rustavidə gənc oğlan yaralayıblar [video]
Rustavidə gənc oğlan yaralayıblar. “İnfo Rustavi”nin məlumatına görə, bir neçə gənc Leonidze küçəsində yerləşən əyləncə obyektinə daxil olub. İddialara görə, onlar binada bir gənclə mübahisə ediblər.

Mübahisədən sonra həmin gənci yaralayıblar və digərləri hadisə yerindən qaçıblar.

Hadisə yerinə kriminal polis və bir neçə təcili yardım briqadası səfərbər edilib.

Yaralı “Klinika Rustavi”yə aparılıb. Təcili yardım şöbəsinin növbətçi həkimi Qiorqi Modebadzenin sözlərinə görə, xəstəyə müvafiq tibbi yardım göstərilib və onun həyatı üçün təhlükə yoxdur.


Print Email
FaceBook Twitter Google