Polşada bir gürcü adam öldürməkdə ittiham edilərək saxlanılıb
Polşada Slupsk rayon prokurorluğu Gürcüstan vətəndaşını qətldə ittiham edib.

Həmin şəxsi 8 ildən 25 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

Polşa mətbuatının məlumatına görə, 28 yaşlı Nepal vətəndaşı fevralın 24-nə keçən gecə şəhərin hostellərindən birində şənlik zamanı öldürülüb. O, boynundan bıçaqla ölümcül yaralanıb.

Bu işdə Gürcüstan vətəndaşından başqa iki ukraynalı qadın da sxlanılıb. İstintaqın məlumatına görə, onlar qətl silahını atmağa cəhd ediblər. Onlar cinayəti ört-basdır etməkdə təqsirləndirilib ki, buna görə də 3 aydan 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Slupsk rayon prokurorluğu Gürcüstan vətəndaşının həbs olunmasını, ukraynalı qadınların isə polis nəzarətində olmasını və qabaqlayıcı tədbir kimi ölkədən çıxışına qadağa qoyulmasını tələb edir.

Print Email
FaceBook Twitter Google