Bəyan edilməmiş mobil telefonlar
Tbilisi hava limanında bəyan edilməmiş mobil telefonlar aşkar edilib.

“Tbilisi Hava Limanı” gömrük-keçid məntəqəsində Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük əməkdaşları şübhə əsasında xarici ölkə vətəndaşlarına məxsus baqajlara baxış keçirməsi nəticəsində bəyan edilməmiş mallar, o cümlədən mobil telefonlar aşkar ediblər. Malların ümumi gömrük dəyəri 21 688,36 lari təşkil edib.

Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin I hissəsinə uyğun olaraq qanunu pozan vətəndaşlar 21 688,36 lari (məbləğin 100%-i) məbləğində pul cəriməsi ilə cəzalandırılıb.

Print Email
FaceBook Twitter Google