Rustavidə bir nəfər öldürülüb
Rustavidə bir nəfər öldürülüb. Qətl hadisəsi Çkondideli qəsəbəsinin Qiorqadze küçəsində baş verib. Əldə olan məlumata görə, öldürülən şəxs 40 yaşlarında olub.

Yerli sakinlərin dediyinə görə, həyətdə boyun nahiyəsindən yaralanmış gənc oğlanı görüblər, lakin nə səs-küy, nə də güllə səsi eşitməyiblər. Təcili tibbi yardım briqadası hadisə yerinə çatanda həmin şəxs artıq dünyasını dəyişibmiş.

Daxili İşlər Nazirliyindən “İnterpressNews”a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 108 və 236-cı maddələri ilə istintaq başlayıb.

Print Email
FaceBook Twitter Google