27 fevral tarixində Marneulidə gənc kişini yaralayıblar. Bu
barədə məlumatı əvvəlcə interpres.ge yayıb.
Gənc kişi yüngül yaralanıb və özü Marneuli “Aversi” klinikasına
gedib.
Marneuli “Aversi” klinikasından “Marneuli” radiosuna bildirilib ki,
gəncin yarası yüngül olub və o, hüquq-mühafizə orqanının
nümayəndələri ilə birlikdə qısa müddət ərzində klinikanı tərk
edib.
Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata
görə, faktla bağlı Cinayət Məcəlləsinin 120 və 236-cı maddələri ilə
istintaq aparılır. Həmin maddələr qəsdən sağlamlığa qismən ağır
zərər vurma, odlu silah alma, saxlama və gəzdirməni nəzərdə
tutur.