Rustavidə qətl törədən bir nəfər saxlanılıb

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Rustavidə baş vermiş qətllə bağlı qəsdən adam öldürmə və qanunsuz silah-sursat almaq-saxlamaq-daşıma ittihamı ilə bir nəfər saxlanılıb.


“İstintaqda müəyyən edilib ki, təqsirləndirilən şəxs 1976-cı il təvəllüdlü V.M.-nin boğaz nahiyəsindən ölümcül xəsarət yetirib, varlığı zəminində yaranmış fikir ayrılığı nəticəsində hadisə yerindən gizlənib. Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.B. hadisədən bir neçə dəqiqə sonar saxlanılıb.
Polis cinayət silahını sübut kimi götürüb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 108 və 236-cı maddələri ilə aparılır”,
- məlumatda deyilir.

Günahı sübuta yetirilərsə, cinayətkarı 10 ildən 15 ilə qədər həbs cəzası gözləyir.

Mənbə: Publika

 

Print Email
FaceBook Twitter Google