Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Liloda 21
yaşlı qızı öldürən şəxs saxlanılıb.
“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs
qarşılıqlı mübahisə zəminində tanışı - 2003-cü il təvəllüdlü
K.C.-ni Tbilisi şəhərində soyuq silahdan istifadə etməklə ölümcül
yaralayıb və hadisə yerindən gizlənib.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində O.T. hadisədən bir neçə
saat sonra Zuqdidi bələdiyyəsində saxlanılıb”, –
Daxili İşlər Nazirliyi bildirir.
Həddindən artıq amansızlıqla törədilən qəsdən adam öldürmə faktı
üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “M”
bəndi ilə aparılır. Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə
cəzalandırılır.