İşğalçılar Taxtisdziri kəndi yaxınlığında Gürcüstan vətəndaşını saxlayıblar

İşğalçılar Kareli bələdiyyəsinin Taxistziri kəndi yaxınlığında işğal olunmuş ərazidə Gürcüstan vətəndaşını saxlayıblar.


Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında qeyd edildiyi kimi, hadisə ilə bağlı məlumat daxil olan kimi Dövlət Təhlükəsizliyi Xidməti Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt”i işə salıb.

“Daha bir qanunsuz həbs faktı ilə bağlı məlumat dərhal Cenevrədəki beynəlxalq müzakirələrin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara çatdırılıb. Qeyri-qanuni həbsdə olan Gürcüstan vətəndaşlarının azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.
Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün destruktiv hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür"
, - Təhlükəsizlik Şurasının bəyanatında deyilir.

Mənbə: Publika

 

Print Email
FaceBook Twitter Google