İstintaq xidməti 535 min lari dəyərində qızıl qaçaqmalçılığı faktını aşkarlayıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti Gürcüstanın gömrük sərhədindən gömrük qaydalarını pozmaqla xüsusilə külli miqdarda malların keçirilməsi faktını aşkarlayıb.

Bir nəfər saxlanılıb.

Agentliyin məlumatına görə, təqsirləndirilən şəxs avtobusunda xüsusi gizlənmə yeri olmaqla Sarpi gömrük-keçid məntəqəsindən Gürcüstana bəyan edilməmiş, xüsusilə də külli miqdarda qiymətli metaldan hazırlanmış qızıl-zinət əşyaları gətirib.

İstintaq xidməti avtobusdan təxmini dəyəri 535 000 lari olan 5 kiloqramdan artıq qızıl əşyalar aşkar edərək götürüb.

“Avtobusda digər mümkün gizlənmə yerlərinin aşkar edilməsi və əlavə qaçaqmalçılıq məmulatlarının götürülməsi istiqamətində müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin cəza olaraq 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan ikinci hissəsi ilə aparılır”, - istintaq xidmətinin açıqlamasında bildirilir.

Mənbə: Publika

 

Print Email
FaceBook Twitter Google